“ABŞ Azərbaycanla siyasi və hərbi sahədə də əlaqələri üst səviyyəyə qaldırmaq istəyir” – POLİTOLOQ

Rəsmi Vaşinqton Azərbaycanın bütün enerji layihələrini dəstəkləyir və bu dəstək artacaq.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, ABŞ-ın dövlət katibi Mayk Pompeonun “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə prezident İlham Əliyevə göndərdiyi məktuba toxunaraq, bildirib ki,  rəsmi Vaşinqton bu layihələrə dəstək vasitəsilə Azərbaycanla siyasi və hərbi sahədə də strateji əlaqələri üst səviyyəyə qaldırmaq istəyir.

“Məktubdakı “Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan və Cənub Qaz Dəhlizinə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağa davam edir” cümlədəsində Azərbaycanın keçmişdəki və gələcəkdəki rolu yüksək qiymətləndirilib.

Ümumiyyətlə məktubun məzmununun iki ana xətti var.

Birincisi, Vaşinqton xatırladır ki, ABŞ Azərbaycanın bütün enerji layihələrini dəstəkləyir və bu dəstək artacaq.

İkincisi, Vaşinqton bu layihələrə dəstək vasitəsilə Azərbaycanla siyasi və hərbi sahədə də strateji əlaqələri üst səviyyəyə qaldırmaq istəyir.

Təsadüfi deyil ki, Vaşinqtonun Azərbaycana hərbi məqsədlər üçün ayırdığı maliyyə artıb”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Trampla Zelenski bir araya gələcək – BMT-DƏ

Read Next

“Azərbaycanlı icması”ndan Üzeyir Hacıbəylinin həyatı haqda ingiliscə – VİDEO ÇARX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir