ABŞ-da “Əsrin müqaviləsi”nin yubiley tədbirləri keçiriləcək – TƏDBİRLƏRƏ SƏMƏD SEYİDOV DA QATILACAQ

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar yubiley tədbirləri keçiriləcək. 
Etikxeber.az xəbər verir ki, tədbirlərdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.
Yüksək səviyyəli rəsmi şəxslərin, Böyük Qafqaz regionu ölkələri səfirlərinin, ABŞ-ın hökumət nümayəndələrinin iştirak edəcəyi yubiley tədbirlərində “Əsrin müqaviləsi”nin imzalanmasından bugünədək regionda enerji təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda, Qazaxıstanda və digər Xəzər hövzəsi ölkələrində neft və qaz istehsalının gələcəyinin öyrənilməsi barədə məsələlərə nəzər salınacaq.
Səfər çərçivəsində komitə sədri ABŞ Konqresində də bir sıra görüşlər keçirəcək, Azərbaycan-ABŞ münasibətlərinə dair müzakirələr aparacaq.
Etikxeber.az

Read Previous

“Avro 2020”nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək – BU GÜN

Read Next

“Bazar ertəsi işimin başında olacağam” – SERBİYA PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir