ABŞ-da gecə klubunda yanğın nəticəsində ölənlərin sayı 33-ə çatdı

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində  gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Gununsesi.info-nun NBC telekanalına istinadən verdiyi xəbərə görə, bundan əvvəl 30  nəfərin öldüyü bildirilirdi.

Ötən gün baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hadisə baş verdiyi an gecə klubunda 50-dən 100-dək insan olub.

Şəhər rəhbərliyi yanğın nəticəsində ölənlərin sayının 40-a çatacağını istisna etmir. İnsidentlə əlaqədar araşdırmalara başlanılıb.

Gununsesi.info

Read Previous

Özbəkistanın yeni “İslam Kərimovu” sabah bilinəcək

Read Next

Təkrar prezident seçkilərində Aleksander Van der Bellen qələbə qazanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir