ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər öldü

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir.

abc-tayyara

Etikxeber.az-ın məlumatına görə, CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub.

Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.

Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-ci aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb. O da bildirilir ki, xoşbəxtlikdən həmin anda yol boş olub.

Etikxeber.az

Read Previous

“43-lər”i digərləri ilə eyniləşdirmək olarmı? – BAXIŞ

Read Next

“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik edilir – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir