ABŞ-da növbəti silahlı insident: 1 nəfər öldü, 6 nəfər yaralandı

Nyu-Yorkun “Bronks-Lebanon” xəstəxanasında baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb, atəşi açan şəxs intihar edib.

Etikxeber.az-ın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York şəhər polis idarəsinin rəhbəri Ceyms Onil bildirib.

“Hadisə nəticəsində bir qadın ölüb, daha 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 5-i ağır yaralanıb. Cinayəti törədən şəxs intihar edib. Onun yanında, xəstəxananın 17-ci mərtəbəsində qadın meyiti aşkarlanıb.  Federal Təhqiqatlar İdarəsi insidenti terrorla əlaqələndirmir”- deyə, C.Onil qeyd edib.

Qeyd edək ki, Nyu-Yorkun şimal bölgəsində “Bronks-Lebanon” xəstəxanasında silahlı insident baş verib. Odlu silahdan atəş açaraq 1 nəfəri öldürən, 6 nəfəri isə yaralayan xəstəxananın keçmiş əməkdaşı Maykl Bello olub. Nyu-York şəhərinin polis idarəsi faktla bağlı araşdırma aparır.

Etikxeber.az

Read Previous

Leyla Əliyeva uşaqlarla əyləncə proqramında iştirak edib,Talassemiya Mərkəzində olub – FOTOLAR

Read Next

“Azərbaycanı heç bir qüvvə təhdid etmək gücündə deyil…” – RAMİL USUBOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir