ABŞ-da qanlı mart-6 NƏFƏR QƏTLƏ YETİRİLDİ…

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində atışma olub.

Hadisə nəticəsində altı nəfər öldürülüb ki, onlardan biri polis əməkdaşıdır.

Etikxeber.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Yerli polisin “Twitter” səhifəsində yer alan məlumatda bildirilir ki, hadisə supermarketdə baş verib. Polis sakinləri hadisə yerinə yaxınlaşmamağa çağırıb.

İnsidentin digət təfərrüatları barədə məlumat verilməsə də, yerli KİV hadisəni törədən şəxsin saxlanıldığını bildirir. “ABC” telekanalının məlumatına görə, polis əməkdaşları supermarketdən əli-qolu qandallı bir nəfəri çıxararaq tibbi işçilərinə təhvil veriblər. Onun yaralandığı deyilir.

Ancaq silahlı insidentin həqiqətən də həmin şəxs tərəfindən törədildiyi hələlik təsdiqlənməyib.

Atışmanın olduğu ərazidə polis əməkdaşları araşdırmalar aparır.

Etikxeber.az

Read Previous

Daha bir neçə Şəhid ailəsi-ZİYARƏT OLUNDU – FOTOLAR

Read Next

“Bütün dünya bir daha şahidi olacaq ki, azərbaycanlılar qəhrəman, həm də qurub-yaradan bir xalqdır”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir