Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ-ın Texas ştatında silahlı insident baş verib.
Etikxeber.az xarici mediaya xəbər verir ki, şənbə günü El Pasoda yerləşən “Walmart” ticarət mərkəzində atışma olub.
Hadisə yerinə hüquq-mühafizə orqanları ilə yanaşı, xilasedicilər və Təcili Yardım briqadası cəlb edilib.
***
Texas ştatının El Paso şəhərində dəhşətli atışma olub. Çox pis xəbər oldu. Çox sayda insan öldürülüb. Dövlət və yerli hakimiyyət orqanları ilə, eləcə də aidiyyəti orqanlarla intensiv əlaqə yaradılır.
Bunu is’ ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində Texasda baş vermiş silahlı insidentə münasibət bildirərkən qeyd edib.
Jurnalistlərə açıqlama verən Texas ştatının qubernatoru Qreq Abbott bildirib ki, El Paso şəhərində baş verən atışma zamanı 20 nəfər ölüb.
Şəhər polisinin rəhbəri Qreq Allen isə açıqlamasında 26 nəfərin yaralandığını deyib.
CBS4 telekanalında canlı yayımlanan mətbuat konfransında bildirilib ki, polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Qeyd edilib ki, hadisənin motivləri hələ tam müəyyən edilməyib.
NBC kanalının məlumatına görə, saxlanılan şəxs 21 yaşlı Dallas ştatının sakinidir. El Pasodakı ticarət mərkəzinə edilən hücumdan əvvəl, o, öz Tvitter səhifəsində Yeni Zelandiyadakı məscidlərdə 50 nəfərin öldüyü və çox sayda insanın yaralandığı terror hücumunu dəstəklədiyini bildirən paylaşım etdiyi bildirilib.
Etikxeber.az