Qanlı bazar – OHAYODA QƏTLƏ YETİRİLƏNLƏRİN SAYI 10-A ÇATDI – YENİLƏNİB – (1)

ABŞ-ın daha bir şəhərində silahlı və qanlı insident baş verib.

Etikxeber.az-ın xəbərinə görə, bu gün ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma olub, 7 nəfər yaralanıb.

Hadisə şəhərin Oreqon rayonunda baş verib.

İnsanları 2 nəfərin atəşə tutduğu ehtimal edilir.

***

Deyton şəhərində atışma nəticəsində 7 nəfərin öldüyü ehtimal edilir.

Bu barədə “Dayton Daily News” nəşri məlumat yayıb.

Hadisə yerinə təcili yardım maşınları gəlib.

Polis araşdırma aparır.

Qeyd edək ki, dünən ABŞ-ın Texas ştatında da silahlı insident baş verib və 20 nəfər qətlə yetirilib.

***

Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki “Sielo Vista” ticarət mərkəzində silahlı şəxsin insanlara  atəş açması nəticəsində 20 nəfər ölüb.

Etikxeber.az

Read Previous

XİN ABŞ-da baş verən atışmalarda ölənlərlə bağlı başsağlığı verdi

Read Next

Abşeron yarımadasında güclü xəzri küləyi əsəcək – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir