ABŞ-da qanlı şənbə – 20 NƏFƏR QƏTLƏ YETİRİLDİ – YENİLƏNİB – (1) – FOTOLAR

ABŞ-ın Texas ştatında silahlı insident baş verib. 

Etikxeber.az xarici mediaya xəbər verir ki, şənbə günü El Pasoda yerləşən “Walmart” ticarət mərkəzində atışma olub.

 İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu məlumat rəsmi təsdiqini tapmasa da ölən və yaralananların artacağı istisna edilmir.
Yerli CBS telekanalının məlumatında deyilir ki, silahdan atəş açan şəxslərin şəxsiyyəti hələ ki, müəyyənləşməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanları ilə yanaşı, xilasedicilər və Təcili Yardım briqadası cəlb edilib.

***

Texas ştatının El Paso şəhərində dəhşətli atışma olub. Çox pis xəbər oldu. Çox sayda insan öldürülüb. Dövlət və yerli hakimiyyət orqanları ilə, eləcə də aidiyyəti orqanlarla intensiv əlaqə yaradılır.

Bunu is’ ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində Texasda baş vermiş silahlı insidentə münasibət bildirərkən qeyd edib.

 Məlumat üçün bildirək ki, CNN telekanalının son xəbərinə görə, El Paso meri Di Marqon atəş açmaqda şübhəli bilinən üç nəfərin saxlanıldığını bildirib.
terr01-1
***

Jurnalistlərə açıqlama verən Texas ştatının qubernatoru Qreq Abbott bildirib ki, El Paso şəhərində baş verən atışma zamanı 20 nəfər ölüb.

Şəhər polisinin rəhbəri Qreq Allen isə açıqlamasında 26 nəfərin yaralandığını deyib.

CBS4 telekanalında canlı yayımlanan mətbuat konfransında bildirilib ki, polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Qeyd edilib ki, hadisənin motivləri hələ tam müəyyən edilməyib.

NBC kanalının məlumatına görə, saxlanılan şəxs 21 yaşlı Dallas ştatının sakinidir.  El Pasodakı ticarət mərkəzinə edilən hücumdan əvvəl, o, öz Tvitter səhifəsində Yeni Zelandiyadakı məscidlərdə 50 nəfərin öldüyü və çox sayda insanın yaralandığı terror hücumunu dəstəklədiyini bildirən paylaşım etdiyi bildirilib.

Etikxeber.az

Read Previous

“Hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir” – DEPUTAT

Read Next

“APOEL” – “Qarabağ” matçının hakimləri kimlər olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir