ABŞ-da “qanlı yanvar”- KONQERSƏ HÜCUM OLDU, BEŞ NƏFƏR YARALANDI – YENİLƏNİB – (2)

ABŞ Konqres binası qarşısında keçirilən etiraz aksiyası zamanı atışma baş verib.

Etikxeber.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, iştirakçılarından biri sinəsindən güllə yarası alıb.

***

ABŞ Konqresində etiraz aksiyaları zamanı yaralanan qadın ölüb.

Bu barədə yerli “NBC News” məlumat yayıb.

***

Kapitoliya binasında atışma nəticəsində ən az beş nəfər yaralanıb, birinin vəziyyəti ağırdır.

Bu barədə “Sky News” telekanalı məlumat yayıb. 

Qeyd edilib ki, Konqres binası qarşısında prezident Donald Trampın tərəfdarları ilə polis arasında yaranan qarşıdurmada asayiş keşikçiləri gözyaşardıcı qaz və səs bombasından istifadə edib:

“Yaralılar var. ABŞ Senatı iclası təxirə salıb”.

***

Kapitoliya hazırkı prezident Trampın tərəfdarlarından təmizlənib, etirazçılar Konqres binasından çıxarılıb.

Bu barədə “Politico”nun müxbiri Huqo Loell Tvitter hesabında yazıb.

“Fox” televiziya kanalı da etirazçılar Konqres binasının Qərb və Şərq girişlərindən çıxarıldığını bildirib:

“Konqres binasından çıxarılanlar bundan açıq şəkildə narazılığını bildirirlər”. 

Etikxeber.az

Read Previous

“Nə desək, nə etsək, borclarından çıxa bilmərik. Onlar ölmədilər! Onlar hər zaman bizimlədirlər”-JALƏ ƏLİYEVA ŞƏHİDLƏRİN MƏZARLARINI ZİYARƏT ETDİ, ŞƏHİD AİLƏLƏRİNƏ BAŞ ÇƏKDİ – FOTOLAR

Read Next

“Sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz…Biz səssiz qalmayacağıq… Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur…”-İLHAM ƏLİYEV – PREZİDENT MÜŞAVİRƏ KEÇİRDİ – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir