ABŞ-da sərgidə atışma: 20 nəfər yaralanıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu Cersi ştatının Trenton şəhərində yerləşən “Art All Night” sərgisində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 20 nəfər yaralanıb.

Etikxeber.az  RİA Novosti agentliyinə istinadla xəbər verir ki, atəş açmaqda şübhəli bilinən şəxs ölüb. Hadisə yerli vaxtla gecə saat 3 radələrində baş verib.

Merser rayonunun prokuroru Ancelo Onofri bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər, həmçinin atışmada digər şübhəli şəxs tutulub.

Etikxeber.az

Read Previous

DÇ-2018: DAHA 3 OYUN- Kosta-Rika-Serbiya-0:1 – YENİLƏNİB – (1)

Read Next

DÇ-2018: Almaniya-Meksika -0:1, Braziliya-İsveçrə – 1:1 – FOTO- YENİLƏNİB-(4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir