ABŞ-da silahlı insident baş verdi – ölənlər və yaralananlar var – YENİLƏNİB

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

Etikxeber.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

NBC telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır.

***

Polis Florida ştatında silahlı insident nəticəsində 5 nəfərin öldüyünü təsdiqləyib.

Bu barədə CNBC telekanalı məlumat verib.

Fort-Loderdeyl şəhərinin hava limanında baş verən insident zamanı 8 nəfərin yaralandığı bildirilir.

Atəşi açan şəxsin saxlanıldığı, hava limanında vəziyyətin nəzarət altında olduğu bildirilir.

Etikxeber.az

Read Previous

Konqres Trampın prezidentliyini təsdiqlədi – YENİLƏNİB

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir