ABŞ-dan “Doğu Fırat hərəkatı”na təpki: “DƏSTƏKLƏMƏYƏCƏYİK VƏ İÇİNDƏ YER ALMAYACAĞIQ”

Suriyadakı krizin (böhranın) başlamasıdan bəri bu ölkənin torpaq bütünlüyünü dəstəklədik, bundan sonra da dəstəkləməyə davam edəcəyik.

Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında yazıb.

Bölgəni terrorçulardan təmizləyərək, ölkəmizin əmin-amanlığını  və təhlükəsizliyini  təmin etməyə qərarlıyıq.

Suriyaya da huzur, sülh və sabitliyin gəlməsinə çalışacağıq”-deyə, o, sonra yazıb.

Qeyd edək ki, Türkiyənin Suriyanın Fırat çayının şərq hissəsində antiterror əməliyyatına – “Doğu Fırat hərəkatı”na, bölgəni İŞİD, PKK-PYD terrorçularından təmizləməyə başlayacağı və bununla bağlı qısa  zamanda da düyməyə basılacağı ilə bağlı bəyanatına ABŞ-dan, Tramp administrasiyasından təkpi gəlib.

“Türkiyənin addımını dəstəkləməyəcəyik və keçiriləcək əməliyyatın içində yer almayacağıq”-deyə, bildirilib.

Türkiyə isə ABŞ-ın bu mövqeyini etirazla qarşılayıb, ona sərt təpkisini göstərib, əməliyyatda qərarlı olduğunu bəyan edib.

Etikxeber.az

 

 

Read Previous

Maarifləndirici seminarlar – HƏM ŞAGİRDLƏR, HƏM VALİDEYNLƏR İŞTİRAK EDİR

Read Next

“Ağ Ev Türkiyənin qətiyyəti qarşısında geri çəkildi…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir