“ABŞ-dan yardım almamasının ölkəmizin vəziyyətinə heç bir təsiri olmayacaq” – MİRZƏZADƏ

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəbərliyi gələn maliyyə ili üçün bir sıra ölkələrə göstərilən maliyyə yardımını azaltdığını bəyan edib. 2018-ci il üçün, ümumiyyəltə, yardım verilməyəcək ölkələr sırasında Azərbaycan və Ermənistan da var. Azərbaycanın ABŞ-dan yardım almamasının ölkəmizin vəziyyətinə heç bir təsiri olmayacaq”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, deyib ki, iqtisadiyyatımız xarici yardım olmadan da sabit fəaliyyət göstərə bilir:

“35 milyrad ABŞ dolları həcmində valyuta ehtiyatımız isə ilin əvvəlindən hətta, 1 milyard da artıb.

Ancaq yardım məhrum olma Ermənistan üçün çox böyük problemlər yaradacaq.

Hələ də normal dövlət siyasəti qura bilməyən qonşu ölkə dünyada öz probelmlərini yardımlar hesabına həll etməyə çalışan bir ölkə kimi tanınır.

Gah bu, gah digər ölkənin forpostu olan, qonşu ölkələrə torpaq iddiası edən bu süni dövlətin axırı belə də olmalı idi”.

Etikxeber.az

Read Previous

“Qəti hökm verməzdən öncə bir də düşünək!” – DEPUTATDAN TÜRKİYƏYƏ DƏSTƏK

Read Next

Bu, nə AŞPA, nə də Türkiyə üçün müsbət nəticələr verəcək – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir