“ABŞ dünya lideri statusundan məhrum olub…” – XARİCİ İŞLƏR NAZİRİ

ABŞ dünya lideri statusundan məhrum olub.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan edib.

Onun sözlərinə görə, Vaşinqtonun hazırda yeritdiyi siyasət dünyaya mənfi təsir göstərir.

“Trampın hakimiyyətə gəlişi ilə beynəlxalq aləmdə qüvvələr balansı dəyişib. Qərb kiçilib. ABŞ dünya lideri statusundan məhrum olub”, deyə nazir bildirib.

Z.Qabriel həmçinin yeni Vaşinqton administrasiyasının miqrasiya məsələləri  və iqlim dəyişikliyinə dair mövqeyini tənqid edib. Onun fikrincə, bu sahədə Ağ Evin təşəbbüsləri mövcud problemləri daha da dərinləşdirir.

Etikxeber.az

Read Previous

“Paris üçün Suriyada kimyəvi silahın tətbiq olunması “qırmızı xətdir” – MAKRON – FOTO

Read Next

“Hə… mən Mövluddan da nigaran deyiləm artıq” – SEVİNC FƏDAİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir