“ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir və…”-ABŞ DÖVLƏT DEPARTAMENTİ

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.

V.Patelin sözlərinə görə, ABŞ Dövlət katibi də bu barədə dəfələrlə bəyan edib.

“Belə ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün vacibdir. Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik”-deyən V. Patel ötən gün ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını da xatırladıb.

Etikxeber.az

Read Previous

Xarici xüsusi xidmət orqanı ilə əməkdaşlıq edən şəxslər-HƏBS OLUNDU – VİDEO

Read Next

Goranboylu Şəhid anası Lətafət Qurbanova ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, TƏK OĞLUMUN-FARİZİMİN ORDEN HAQQI TANINSIN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir