ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdəki vitse-admiralının cəsədi tapıldı…

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Yaxın Şərqdəki vitse-admiralı Skott Sterninin cəsədi onun Bəhreyndəki evində tapılıb.

ABŞ HDQ-nin video-bəyanatında ABŞ dəniz əməliyyatları baş komandanı, admiral Con Riçardson bildirib ki, bu gün səhər ABŞ HDQ Mərkəzi Komandanlığının komandiri və Bəhreyndə ABŞ-ın 5-ci donanmasının komandanı Skott Sterninin iqamətgahında onun cəsədi tapılıb.

Etikxeber.az həmin video-bəyanata istinadla xəbər verir ki, hadisənin qəsdən törədilmiş zorakılıq əməliyyatları ilə bağlı olması barədə heç bir dəlil yoxdur.

Vitse-admiral Sterni ABŞ HDQ-nin Bəhreyndəki 5-ci donanmasının komandanı idi.

Etikxeber.az

Read Previous

Nazirlərlə həmsədrlər yenidən bir araya gələcək – MİLANDA

Read Next

Vergi Məcəlləsinə dəyişikliklər 5 istiqamət üzrə edilib – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir