“ABŞ-ın addımları ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil” – RUHANİ

ABŞ bir tərəfdən İran xalqını dəstəkləyərək onun yanında olduğunu bəyan edir, digər tərəfdən isə İrana qarşı sanksiyalar tətbiq edərək insanları tibbi xidmətdən, yeni təyyarələrdən istifadə etməkdən və yüksək həyat səviyyəsindən mərhum edir.

Etikxeber.az xəbər verir ki, bu sözlər İran Prezidenti Həsən Ruhaninin “Vaşinqton-post” qəzetində dərc olunan məqaləsində yer alıb. İran Prezidenti deyib:

“ABŞ-ın sanksiyalar tətbiq edərək xalqı məhrumiyyətə düçar etməsi və onu dəstəklədiyini bildirməsi ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil”.

Prezident daha sonra bildirib ki, ABŞ-ın 12 il davam edən danışıqlardan sonra 2015-ci ildə əldə edilən razılaşmadan çıxması rəsmi Vaşinqton ilə onun Avropadakı müttəfiqləri arasında dərin ziddiyyətlər yaradıb. Rəsmi Vaşinqtonun qeyri-konstruktiv siyasəti və qeyri-qanuni sanksiyaları onun dünyada təklənməsinə səbəb olub. ABŞ düşünürdü ki, razılaşmadan çıxsa buna qarşılıq olaraq İran da razılaşmaya əməl etməyəcək və bu, ABŞ-a imkan verəcək ki, İrana qarşı siyasətində dünyada özünə müttəfiqlər toplasın. Lakin İran bu addımı atmadı və öz imzasına hörmətlə yanaşaraq razılaşmanı imzalayan tərəflərdən də ona əməl edilməsini tələb etdi. Məhz buna görədir ki, bu gün ABŞ İrana qarşı yürütdüyü siyasətin dəstəklənməsi üçün tərəfdar tapa bilmir.

Prezident vurğulayıb ki, son 250 ildə İran heç bir aqressiv siyasət yürütməyib və heç kimin ərazisinə iddia etməyib. Bundan sonra da İran sülh və əminamanlıq siyasəti aparacaq. O ki, qaldı sanksiyalara İran xalqı bunun öhdəsindən gələcək və ağır zamanlar qısa zaman kəsiyində arxada qalacaq.

Etikxeber.az

 

Read Previous

Azərbaycanın daha bir bölgəsində bulvar-park kompleksi yaradılır… – FOTO(LAR)

Read Next

UEFA Millətlər Liqası: Azərbaycan-Malta oyunu-1:1 – FOTOLAR- YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir