ABŞ-ın “Cənub qaz dəhlizi”-nə dəstəyi dayandırması üçün səbəbi yoxdur – BRAYZA

ABŞ-ın “Cənub qaz dəhlizi” layihəsinə dəstəyi dayandırması üçün heç bir səbəbi yoxdur.

Etikxeber.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp böyük ehtimalla ölkənin xarici siyasətini dəyişməyəcək.

“Bu gün Donald Trampın Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını bilmək çətindir. O, bu barədə heç bir açıqlama verməyib və ümumiyyətlə onun xarici siyasət barədə açıqlamaları ziddiyyətlidir. Fikrimcə o, ABŞ xarici siyasətini dəyişmək istəməyəcək. Digər tərəfdən, “Cənub qaz dəhlizi” layihəsi kifayət qədər irəliləyib, qaz satışları ilə bağlı müqavilələr imzalanıb, tikinti işləri davam edir. Fikrimcə, ABŞ-ın bu layihəyə dəstəyini dayandırmaq üçün heç bir səbəbi yoxdur. Baxmayaraq ki, Trampın xarici siyasətlə bağlı verdiyi tək açıqlama bu layihəni dəstəkləməyən Rusiya ilə münasibətlərin normallaşması barədə olub”.

Keçmiş səfirin sözlərinə görə, layihə ilə bağlı proseslər artıq həyata keçirildiyi üçün ABŞ-ın bu mərhələdə dəstəyi çox da vacib deyil.

Etikxeber.az

Read Previous

300-dən artıq avtomobil cərimələndi

Read Next

“Dedi ki, evimi satmaq istəyirəm,oğlum Orxan bilməsin, yoxsa…” – İLHAMƏnin köməkçisi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir