ABŞ-ın səfirliyi amerikalıları Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa-ÇAĞIRDI

ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb” – deyə, səfirliyin məlumatında bildirilib.

Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib.

“ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək“- deyə, səfirliyin yaydığı məlumatda bu da qeyd olunub.

Etikxeber.az

Read Previous

“Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir”-YAP SOSİAL ŞƏBƏKƏLƏRLƏ BAĞLI MÖVQEYİNİ AÇIQLADI

Read Next

“Bizdə 100 min nəfərə təqribən 6 hakim düşür, ştat tam heyət formalaşsa, bu rəqəm 8-ə qalxacaq…Bu, istənilən halda Avrozonada ümumi standartlardan ən azı 2,5 dəfə azdır…”-HÜQUQŞÜNAS MİLLƏT VƏKİLİ VƏKİLLƏRİN DƏ SAYININ AZ OLMASINI DİLƏ GƏTİRDİ – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir