“ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur” – TRAMP

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. 

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə liderləri açıqlamada İsrail-Fələstin münaqişəsinə dair Sülh planın ilə bağlı bəyanat veriblər.

Tramp ABŞ tərəfindən Fələstin-İsrail münaqişəsini həllini nəzərdə tutan planın bir sıra detallarını açıqlayıb.

ABŞ prezidenti İsrailin sülh yolunda böyük bir addım atdığını söyləyib:

“ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur. Bu xəritəyə görə, Şərqi Qüdsdə Fələstin paytaxtı da yaradılacaq, burada ABŞ qürurla səfirliyini açacaq”. 

Tramp Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı planı həyata keçirmək üçün digər ölkələrlə də işləməyə hazır olduğunu bildirib:

“ABŞ bütün tərəflərlə işləməyə hazırdır. Bir çox ölkələr də bizimlə işləmək istəyir. Mən onların çoxu ilə danışmışam”. 

Qeyd edək ki, Tramp tərəfindən “Əsrin sövdələşməsi” olaraq xarakterizə edilən Yaxın Şərq Sülh planının müzakirəsi üç il müddətində gündəmdə olsa da müxtəlif səbəblər üzündən hər dəfə təxirə salınırdı.

Etikxeber.az

Read Previous

“Sosial şəbəkə elə məkandır ki, peşəkarlıq səviyyəsindən asılı olmayaraq burada hər kəs ayrıca telekanal, sayt kimi görünə bilir” – RAFAEL HÜSEYNOV – FOTO

Read Next

Kamilə Əliyeva həm Balakəndə, həm də Zaqatalada-SEÇİCİLƏRLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir