“ABŞ-la çox geniş və mühüm ikitərəfli gündəliyimiz var”-İLHAM ƏLİYEV

Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin başçısı qeyd edib:

“Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi”.

Etikxeber.az

Read Previous

“Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?…İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək…”-İLHAM ƏLİYEVDƏN İRANA SƏRT TƏPKİ VƏ XƏBƏRDARLIQ – YENİLƏNİB

Read Next

“Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq…”-İLHAM ƏLİYEV ŞUŞADAN DÜNYAYA SƏSLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (10)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir