ABŞ Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir – TİLLERSON

Rex Tillerson, chief executive officer of Exxon Mobile Corp., speaks at the 2012 CERAWEEK conference in Houston, Texas, U.S., on Friday, March 9, 2012. Exxon Mobil Corp. is moving toward the conclusion of an agreement to drill in the Russian Arctic, Tillerson said. Photographer: F. Carter Smith/Bloomberg via Getty Images

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi saytında ABŞ-ın dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatı yerləşdirilib.

Etikxeber.az Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bəyanatda dövlət katibi Amerika xalqı adından 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır.

“ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardırlar, ölkələrimiz uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur. Ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm”,-deyə dövlət katibi vurğulayır.

Amerika Birləşmiş Ştatlarının xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəklədiyini deyən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır.

Bildirilir ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Etikxeber.az

Read Previous

O olmasaydı, bunlar indi olmazdı… – AKADEMİK YAZIR

Read Next

Hacıqabulda ağır yol qəzası: BİR AİLƏNİN 3 ÜZVÜ DÜNYASINI DƏYİŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir