“ABŞ qoşunları İraqı tərk etməyəcək”- TRAMPDAN İRAQA SƏRT CAVAB

ABŞ Prezidenti Donald Tramp Bağdad tərəfindən “düşmənçilik siyasəti” yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.

Etikxeber.az xarici mediaya  istinadən xəbər verir ki, Tramp İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.

“Əgər hər hansı düşmənçilik baş verərsə, onlar bizim qəbul edə bilməyəcəyimiz bir addım atarlarsa, biz İraqa qarşı sanksiya tətbiq edəcəyik, çox mühüm sanksiyalar”– deyə Tramp həmçinin əlavə edib ki, Bağdad Amerika aviabazasına görə Vaşinqtona ödəniş etmədiyi müddətəcən ABŞ qoşunları İraqı tərk etməyəcək.

Etikxeber.az

Read Previous

Xorvatiyanın xanım prezidenti-SABİQ BAŞ NAZİRƏ UDUZDU VƏ…

Read Next

YAP-ın şöbə müdiri-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ 3-CÜ DƏFƏ NAMİZƏD OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir