Adəm Əliyevin Şəhidliyindən, Fariz Qurbanov, Elman Həsənov və Manaf Bəhmənlinin torpağa tapşırılmasından-10 AY KEÇİR…

Bu gün, 28 iyul tarixində bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin torpağa tapşırılmasından və Şəhidliyindən 10 ay keçir.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Şəhidlər-MAXE Fariz Məhəmməd oğlu Qurbanov və MAXE Elman Mehman oğlu Həsənovun bu gün torpağa tapşırılmasından 10 ay keçir.

Hər iki Şəhidimiz eyni gündə, 27 sentyabr tarixində eyni istiqamətlərdə – Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində Şəhid olubar…

Və eyni gündə də, sentyabrın 28-ində Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.

İki oğlan atası, evin tək oğlu olan Elman Həsənov 27-i, subay və evin-ailənin tək oğlan övladı olan Fariz Qurbanov isə 22 yaşında Şəhid olub.

Hər ikisi də ölümündən sonra medallarla təltif olunublar.

Əslən Yevlaxlı, son illər Bakıda yaşamış evin-ailənin tək oğlan övladı, ali təhsilli, Əsgər Manaf Bəhmən oğlu Bəhmənli də müharibənin elə ilk günündə-Murov istiqamətində Şəhid olub və nəşi sentyabrın 28-ində Bakı şəhərində, Biləcəri qəbiristanlığında dəfn edilib.

Manaf Bəhmənli 22 yaşında Şəhidlik məqamına ucalıb.

Ölümündən sonra iki medalla təltif edilib.

Bu gün həm də Kürdəmirdən olan hərbçi-MAXE Adəm Əliyevin Şəhid olduğu gündür.

Murov-Kəlbəcər istiqamətində qəhrəmancasına həlak olan Adəm Əliyevin Şəhidliyindən 10 ay keçir.

Ailənin iki oğlan övladından biri olan Adəm Əliyev sentyabrın 29-unda Kürdəmir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra 3 medalla təltif edilib.

Qeyd edək ki, Adəm Əliyev anası və qardaşı ilə kirayədə yaşayıb, həmçinin, Şəhidimiz anası Akifə Ağayevanın himayəsində böyüyüb.

Şəhidimizin ailəsi hələ də kirayədə yaşamaqda davam etməkdədir…

Allah Şəhidlərimizin hər birinin məkanını cənnətlik etsin, ailələrinə səbr versin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Gəncəyə hücumlar zamanı əsla unudulmamalı olan insanlıq əleyhinə cinayətlərin törədildiyini dünyaya çatdırmaq üçün bu gün buradayıq”-NUMAN KURTULMUŞ

Read Next

Evin-ailənin tək-yeganə oğlan övladı…Anası tərəfindən təkbaşına böyüdülən, 20 yaşının tamamına 3 ay qalmış Şəhid olan Nur üzlümüz-RAMAL MƏMMƏDOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir