Adada köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edildi – DİN

İyulun 12-də saat 20:40 radələrində Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzi Xidmətinə Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və iki balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz tədbirlərlə hadisə yerinə gəliblər. S.Hənifəzadə və H.Hüseynov vətəndaşların köməyi ilə xilas edilərək sahilə çıxarılıblar.

Faktla bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Goranboyda qanlı hadisə – İKİ NƏFƏR YARALANDI – TƏFƏRRÜAT – YENİLƏNİB

Read Next

Goranboydakı insidentlə bağlı – RƏSMİ MƏLUMAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir