“Adam belələrinə həm acıyır, həm də təəssüf edir, amma…” – DEPUTAT – RƏYLƏR

İlham MƏMMƏDOV: Ölkə prezidentinin sosial islahatlar paketi əhalinin sosial müdafiəsinin gücləndirilməsində, ümumən sosial inkişafda inqilabi addımların atılması ilə nəticələnir…

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır.

Etikxeber.az xəbər verir ki, bu fikri deputat Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, ölkəmizdə 2019-cu ilin əvvəlindən böyük sosial paketin icrası aktiv fazaya daxil olub.

“İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu…”

Onun sözlərinə görə, ilin əvvəlindən dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn xeyli sayda Fərman və sərəncamlar imzalayıb:

“Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik.

Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu”.

Millət vəkili qeyd edib ki, yeni sosial paket ölkə prezidentinin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq edir.

S.Əliyeva deyib ki, dövlət başçısının imzaladığı yeni sosial paket əhalinin rifah halının yaxşılaşdırılmasına və gəlir imkanlarının artırılmasına hədəflənən tədbirlərin uğurla davam etməsinə geniş imkanlar açır.

ilyaaaaa-4

ilyaaaaa

sonna-2

mammadov ilham

tahir_rzayev_C00134

 “Prezident  İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar ölkə vətəndaşlarının maddi vəziyyətinin yaxşılaşdırılması üçün atılan çox mühüm addımlardır”.

Bunu isə deputat İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, ölkə prezidentinin sosial islahatlar paketi cari ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsində, ümumən sosial inkişafda inqilabi addımların atılması ilə nəticələnir.

Millət vəkilinin dediyinə görə, bu il martın 1-dən həm minimum pensiyalar, həm də minimum əməkhaqqının məbləği orta hesabla 40 faiz artırılıb. Dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlarla isə 1 milyon 350 min insanın əməkhaqlarında ciddi artımlar edilir.

İ. Məmmədov vurğulayıb ki, ölkə prezidentinin təşəbbüsü ilə pensiyaların minimum məbləği də oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. İlkin hesablamalara görə, yeni artım 660 mindən çox pensiyaçını əhatə edəcək. Bu il oktyabrın 1-dən etibarən ölkədə 200 manatdan aşağı pensiya alan vətəndaş olmayacaq:

“Minimal pensiya səviyyəsinin artımı da il ərzində həyata keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği 116 manatdan 160 manata çatdırılmışdı. Cari il oktyabrın 1-dən isə ölkəmizdə minimal pensiya məbləği 160 manatdan 200 manata qaldırılacaq. Rəqəmlərdən də göründüyü kimi, bu il ərzində Azərbaycanda minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib”.

“Ölkə prezidentinin əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikləri imzalamasını müsbət qiymətləndirir, təqdir edir və dərin, qəti, birmənalı inanımızı ifadə edirik ki, bunun növbəti mərhələlərdə də davamı gələcək, son hədd olmayacaq, artımlar daimi proses olacaq, daimi prosesə çevriləcək…”

Digər millət vəkili Tahir Rzayev də öz növbəsində bildirib ki, ölkədə bütün sahələri əhatə edən, günü-gündən vüsət alan islahatlar prosesi sosial sferanı da tam əhatə edib, ağuşuna alıb.

Millət vəkilinin bildirdiyinə görə, islahatlar prosesi bu gün sosial sahədə özünü daha çox göstərməkdə, büruzə verməkdədir:

“İslahatlar prosesi daim vaxt, zaman, səbr, təmkin tələb edir. Xüsusilə də, sosial islahatlar daha çox vaxt və zaman aparır. Bu, elə bir sahə, elə bir sferadır ki, daha çox həssaslıq, daha çox incəlik, daha çox  qayğı və diqqət gərəkir. Yəni, sosial sferanı təşkil edən təbəqə -əlillər, pensiyaçılar və sair xüsusi həsasslıq, diqqət və qayğı, nəvaziş tələb edən təbəqədir. Azərbaycan dövləti, dövlət başçısı və birinci xanım, birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman bu sferaya, xüsusi həssaqlıq tələb edən təbəqinin nümayəndələrinə diqqət və qayğısını, nəvazişini, nəzakətini əsirgəmir.

Bu təbəqədən olan insanlar daim ölkə prezidentinin, birinci vitse-prezidentin, bütövlükdə Azərbaycan dövlətinin diqqət və qayğısı altındadır, bununla əhatələniblər. Son 16 illik, xüsusilə də, 2018-ci ilin aprel seçkilərindən, o cümlədən, 2019-cu ilin yanvar-fevral aylarından bu yana həyata keçirilən ardıcıl, uzaqgörən, müdrik və məqsədönlü siyasət bunu tam açıqlığı, çılpaqlığı ilə ortaya qoyur. Pensiyaların, sosial müavinətlərin, təqaüdlərin, əmək haqlarının dalbadal artımı hamımızın gözü qarşısındadır. Atalar məsəlində də deyildiyi kimi, görünən dağa nə bələdçi?!

Yəni, bunları görməmək, qiymətləndirməmək ədalətsizlik, insafsızlıq, vicdansızlıq olar. Hansı ki, bunu görməyən, etiraf etməyən, qiymətləndirməyənləri də var aramızda. Adam belələrinə həm acıyır, həm təəssüf edir, həm də qəzəb hissini boğa bilmir. Amma fikir verməmək lazımdır və verilmir də, biz yalnız və yalnız qabağa, irəliyə, tərəqqiyyə, inkişafa baxırıq və bunlara doğru inamla addımlayırıq. Bizim hədəfimiz bunlardır: inkişaf, tərəqqi, çiçəklənmə. Bu hədəflərə doğru yolda da kimsə bizə mane ola, bizi öz yolumuzdən döndərə, sapdıra bilməz. 

Bu baxımdan, ölkə prezidentinin əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikləri imzalamasını müsbət qiymətləndirir, təqdir edir və dərin, qəti, birmənalı inanımızı ifadə edirik ki, bunun növbəti mərhələlərdə də davamı gələcək, son hədd olmayacaq, artımlar daimi proses olacaq, daimi prosesə çevriləcək”.

K. HƏMZƏOĞLU

Etikxeber.az  

 

Read Previous

“Bavariya”ya transfer edilən Koutinyo: ” MƏNİM ÜÇÜN YENİ ÇAĞIRIŞDIR”

Read Next

Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir