Adanı sahillə birləşdirən yeni körpü hərəkət üçün açıldı – FOTO

Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Bu barədə Etikxeber.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən 9 aşırımlı körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir.

Körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissənin açılması da yekunlaşmaq üzrədir. Bunun üçün körpünün alt hissəsinin və mövcud yolun qazılması işləri aparılır.

Hazırda Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işlərinə də başlanılıb və 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.

Qeyd olunub k, “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb.

Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq yüksək keyfiyyətlə və texnoloji ardıcıllğa riayət olunmaqla mərhələli şəkildə aparılıb.

Etikxeber.az

Read Previous

“Milyardlarla vəsait xərclənsə də…” – DEPUTAT

Read Next

Azərbaycan daha bir borca girdi – 500 milyon dollar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir