Adının haqqını verən, adı kimi də rahat olan-“RAHAT MƏKAN”

Azərbaycanın səfalı, nümunəvi, göz və könül oxşayan istirahət məkanlarından biri də “Rahat məkan”dır…

Lənkəran şəhərinin yaşıllıqlarla, sıx meşəliklərlə üzük qaşı kimi əhatələnən Osaküçə küçə kəndində yerləşən “Rahat məkan”…

Adının tam Haqqını verən bir məkan…

Bir neçə gün öncə Birinci Qarabağ Savaşı Şəhidi Elşad Əliyevin anası Flora Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakı və Sumqayıt şəhərindən olan bir qrup Şəhid ailəsi-Şəhid anaları, Şəhid xanımları və digər qonaqlarla birlikdə həmin məkanda olduq…

Qeyd edim ki, Lənkəran şəhərinə səfərimiz zamanı öncə bir neçə Şəhid ailəsini, Şəhid ocağını, Şəhid məzarını ziyarət etdik...

Və geriyə, Bakıya dönməzdən əvvəl isə qərara gəldik ki, bir az da fasilə edək, dincələk və ən uyğun, ən münasib məkanı kimi də “Rahat məkanı” seçdik…

Seçimimizdə də səhv etmədik, yanılmadıq…

Məkana çatar-çatmaz xoş rəftarla, səmimi, qayğıkeş münasibətlə qarşılaşdıq…

İstirahət məkanın müdirindən tutmuş sıravi işçisinə qədər bütün personal bizi, xüsusilə, Şəhid ailələrini gülərüzlə, mehribanlıqla qarşıladılar…

İstirahətimizin mənalı, xoş keçməsi üçün əllərindən gələni əsirgəmədilər…

Ki, təki bizlərin-ələlxüsus, baş tacımız olan Şəhid ailələrinin-Şəhid xanımlarının, Şəhid analarının, Şəhid doğmalarının könlü xoş olsun…

Yemək, nahar süfrəmiz bir-birindən ləziz, Azərbaycan-Lənkəran milli mətbəxinin ən gözəl təamları ilə aşıb-daşdı…

Ləzzətindən doymaq olmurdu…

İstirahətimiz təxnminən üç saata yaxın çəkdi…

Və sonda gözəl, səmimi, isti münasibətə, qayğıkeşliyə görə Şəhid ailələri-Şəhid anaları, Şəhid xanımları başda Ramin Qubad oğlu Həbibov olmaqla, “Rahat məkan”ın bütün personalına, bütün işçilərinə, o cümlədən, inzibatçı (administrator) Rəşad Azad oğlu Hüseynova öz dərin və səmimi minnətdarlıqlarını, təşəkkürləri ifadə etdilər…

Məkanın rəhbərliyinə və işçilərinə öz fəaliyyətlərində uğurlar, müvəffəqiyyətlər arzuladılar…

Beləliklə, bir günümüz də belə-xoş, mənalı anlarla yadda qaldı!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

“Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var, hər halda Azərbaycan buna hazırdır…”-Sisi ilə İlham Əliyev bir arada-TƏKBƏTƏK VƏ GENİŞ TƏRKİBLİ GÖRÜŞ OLDU, SƏNƏDLƏR İMZALANDI – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

İki hərbi qulluqçu ildırım vurması nəticəsində vəfat etdi-DSX MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir