Adilə Namazova, Ömər Eldarov, İradə Hüseynova, Nərgiz Paşayeva – YAŞLI VƏ CAVAN AKADEMİKLƏR – SİYAHI

Bu gün günorta saatlarında Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni prezident seçkiləri baş tutacaq.

Etikxeber.az-ın xəbərinə görə, 85 yaşlı Akif Əlizadənin yerinə yeni prezident AMEA-nın həqiqi üzvü 69 akademik arasından seçiləcək.

Bəs görəsən, 69 akademikin ən yaşlıları və nisbətən ən cavanları hansılardır?

adila

irada

Araşdırma zamanı məlum olub ki, ən yaşlı akademik tanınmış ziyalı, həkim, keçmiş SSRİ Ali Sovetinin deputatı Adilə xanım Namazovadır.

1926-cı ildə anadan olan A. Namazovanın 93 yaşı yaşı var.

Eyni zamanda, akademiklərdən-Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru, sabiq deputat Ömər Eldarovun 92, Teymur Bünyadovun 91, bir müddət öncə qalmaqallı açıqlamaları ilə gündəmə gələn Çingiz Qacarın 90, tanınmış neftçi, ARDNŞ-nin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin isə 89 yaşı var.

Nisbətən ən cavan akademiklərə gəlincə, bunlar 54 yaşlı İradə Hüseynova, 57 yaşlı Nərgiz Paşayeva, 60 yaşlı Nərgiz Axundova, 60 yaşlı millət vəkili  Nizami Cəfərov, 61 yaşlı Rasim Əliquliyev, 64 yaşlı millət vəkili Rafael Hüseynov,  65 yaşlı millət vəkili Gövhər Baxşəliyevadır.

Etikxeber.az 

 

Read Previous

AMEA-nın 69 akademiki – ONLARDAN BİRİ BU GÜN PREZİDENT SEÇİLƏCƏK

Read Next

Mehdiyev, Paşayeva yoxsa Əliquliyev? – SAAT 16:00-DA YENİ PREZİDENT BİLİNƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir