Adını daşıdığı Şəhid əmisinin, Mübariz İbrahimov və Cəbrayıl Dövlətzadənin məzarlarını-ZİYARƏT ETDİ VƏ…

Şəhid-İgid Rüstəm və Qalib-Qazi Rüstəm…

Biri Birinci Qarabağ Savaşının İgidi-Şəhidi, Laçınlı balası-Rüstəm Mirzəyev, digəri İkinci Vətən Müharibəsinin iştirakçısı-Qalib Əsgəri, Şəhid əmisinin adını daşıyan (torpağı sanı yaşasın) Rüstəm Mirzəli…

Haqqında bir neçə dəfə bəhs etdiyim, yəni, İkinci Vətən Müharibənin ilk günlərindən cəbhənin ən qaynar nöqtələrində, ən ağır döyüş bölgələrində döyüşən, vuruşan, Füzuli, Qubadlı…fatehlərindən olan, Füzuli və Qubadlının azad olunmasına görə, Ali Baş Komandan tərəfindən təltifləndirilən İgidimiz Rüstəm Mirzəli bugünlərdə tərxis (təxris) olunub, evinə, ailəsinə dönüb sağ-salamatçılıqla…

Həm də Birinci Qarabağ Savaşının Şəhidi-əmisi Rüstəmin qanını yerdə, qisası qiyamətə qoymayıb, gəlib…

Qalib, Müzəffər Ordunun və Qalib ölkənin Qalib Əsgəri kimi dönüb, qayıdıb…

Halal olsun!

Rüstəm həm də Şəhid əmisi və Azərbaycanın digər Qəhrəman, Dastan yazan Oğulları-Şəhid Milli Qəhrəman Mübariz İbrahimov və “Azərbaycan bayrağı” ordenli, İkinci Vətən Müharibəsinin şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin məzarlarını ziyarət edib, onlara vəfa borcu yerinə yetirib…

Allah cəmi Şəhidlərimizə, Şəhid Rüstəm Mirzəyevə qəni-qəni rəhmət etsin, onun adını şərəflə, qürurla daşıyan Rüstəmə, Rüstəm Mirzəliyə də bundan sonrakı həyat yollarında kömək olsun.

Amin!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Tanınmış bəstəkar Nailə Mirməmmədli-VƏFAT ETDİ

Read Next

“Çox gərgin oyunlar keçirdim və sevinirəm ki, sonda qələbə Azərbaycanın adına yazıldı…”-TEYMUR RƏCƏBOVDAN PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir