AFFA-dan komandalara ciddi sanksiyalar tətbiqi barədə xəbərdarlıq

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.

Etikxeber.az xəbər verir ki, komissiyanın qərarına əsasən, I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər klublara bu barədə ciddi tapşırıqlar verəcəklər.

Oyundan əvvəl hakimlər məşqçilər və futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaqlar.

Komissiyanın bu istiqamətdə apardığı araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq. Bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Etikxeber.az

Read Previous

“Allah da bilmir, mən necə bilə bilərəm?” – METYU BRAYZA

Read Next

Qar örtüyünün hündürlüyü Şahdağda 20 santimetr təşkil edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir