Afrinin mərkəzində artıq Türk bayrağı dalğalanır -ƏRDOĞAN

Bu gün səhər tezdən- 08:30-dan etibarən Afrinin şəhər mərkəzi Türk ordusu tərəfindən  tam nəzarət altına alınıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğan bu saatlarda Canaqqala zəfərinin 103-cü ildönümü şənliklərində çıxışı zamanı deyib.

O, çıxışında Türkiyə Silahlı Qüvvələrinə (TSQ) bu böyük zəfəri münasibəti ilə öz təşəkkürlərini ifadə edib.

“Afrinin şəhər mərkəzində hazırda Türk bayrağı dalğalanır.  Buəməliyyatla- “Zeytun budağı” ilə Türkiyə haqqın, haqlının,  və məzlumun yanında olduğunu bütün dünyaya göstərdi. Bizlərə bu günləri nəsin edən, bu günləri göstərən Rəbbimə həmd edirəm, əsgərlərimizə (mehmetçiklərimizə-red) şükranlarımı bildirirəm” -deyə, Ərdoğan sözlərinə əlavə edib.

Qeyd edək ki, Ərdoğanın çıxışı hazırda davam etməkdədir və tez-tez “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səslənməkdədir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dövlətin başına Dövlət yox, MHP-nin başına Ərdoğan gəldi” – CXP-DƏN İTTİHAM

Read Next

“Fərat qalxanı” və “Zeytun budağı” Türkiyənin gücünün göstəricisidir – BAXÇALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir