Afrinlə bağlı düymə basıldı: “ZEYTUN BUDAĞI” ƏMƏLİYYATI BAŞLANDI – AKARDAN AÇIQLAMA GƏLDİ…, KILICDAROĞLU ALMANİYADAN TÜRK ORDUSUNA SƏSLƏNDİ- YENİLƏNİB – (10)

“ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır. Afrin əməliyyatı ərazidə faktiki olaraq başlayıb. Daha sonra Münbiç əməliyyatı gələcək”.

Etikxeber.az-ın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının  (AKP) Kütahya təşkilatının toplantısında çıxışında deyib.

R. T. Ərdoğan ABŞ-ın Suriya siyasətini yenidən tənqid edib: “Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgərlik etdiklərini düşünürlər. Bizim gözümüzdə adı nə olursa olsun, terrorçulardan ibarət hər cür təşkilatın adı terror təşkilatıdır. Yox, Suriya Demokratik Qüvvələri imiş, yox, sərhəd ordusu imiş, siz kim aldadırsınız? Bu təşkilatın adı PKK-dır, PYD-dir, YPG-dir. Bunu özləri də bildikləri halda, bizi və dünyanı aldatmaq üçün mayallaq aşırlar. Biri “ordu quracağıq” deyir, digəri “belə bir məqsədimiz yoxdur” deyir, başqası “sərhəd mühafizə qüvvələri quracağıq” deyir. Bunların bir-birindən xəbəri yoxdur. Üstəlik, “təşəbbüslərimiz Türkiyəni hədəf almır” deyirlər. Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.

R. T. Ərdoğan ABŞ-ın öz səhvini anlayacağını söyləyib: “Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.   

***

afrin-haritasi-afrin-operasyonu-afrin-neredejpg8icgWwoM

Türkiyə Hərbi HavaQüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb. 

Hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirmək mümkün olduğu bildirilir. Azad Suriya Ordusu (ÖSO) bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

Türkiyə ordusunun Baş Qərargahından məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

***

Rusiya Suriyaya diplomatik dəstək göstərməkdə davam edəcək və BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək.

Bunu “RİA Novosti”yə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç bildirib.

“BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcə Suriya tələb etməyəcək.  Rusiya bu tələbi dəstəkləyəcək və Suriyaya diplomatik yardım göstərməkdə davam edəcək”- deyə, F.Klinseviç bildirib.

Onun sözlərinə görə, Türkiyənin Afrindəki əməliyyatı Suriyanın suverenliyini kobud şəkildə pozur.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı “Zeytun budağı” əməliyyatı başlayıb.

***

“Zeytun dalı (budağı)” əməliyyatını yaxından izləyənlər arasında MHP genəl başqanı Dövlət Baxçalı da var.

O, ilk gündən hökumətə bu məsələdə “qan bahasına” dəstək verdiklərini və verəcəklərini bildirib.

Eyni zamanda, əməliyyatla bağlı baş nazir Binəli Yıldırım  “ana müxalifət” partiyasının -CXP-nin genəl başqanı Kamal Kılıcdaroğlu ilə əlaqə saxlayıb və onu bilgiləndirib.

Hazırda Almaniyada olan CXP lideri əməliyyata dəstək verdiklərini bildirib.

***

“FOX” TV-nin verdiyi məlumata görə isə  Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus olan təyyarələr ən azı 10 dəfə Afrini bombalayıb.

***

Türkiyə Sillahlı Qüvvələrindən açıqlama: 113 nöqtədən 108-i vurulub.

***

Yıldırım  Türkiyə saatı ilə 20:00-da “Çankaya”da Baxçalını qəbul edəcək. 

***

Gözlənilməz təmas: “Zeytun budağı” ilə bağlı Suriya prezidenti Bəşəd Əsəd rejimilə  də diplomatik (yazılı) yazışma, bilgiləndirmə baş verib.

***

bahceli-yildirim

Artıq “Çankaya”da Yıldırım-Baxçalı görüşməsi başlayıb.

Görüşmə mediaya qapalıdır.

***

afrin-7

Görüşdən sonra Yıldırım media mənsublarına Türk ordusu tərəfindən sabah quru əməliyyatlarına başlanıla biləcəyinin siqnalını verib.

***

Almaniyada olan CXP lideri keçirdiyi görüşlərdən birində çıxışı zamanı Afrin əməliyyatı ilə Türk ordusuna uğurlar diləyib:

“Allah onların yardımçıları olsun. Biz öz  ölkəmizdə qardaşca yaşamaq istəyirik, öz  ölkəmizdə barış içində yaşamaq istəyirik.  Qonşularımızla huzur içində, barış içində  yaşamaq istəyirik. Barışı, qardaşlığı və  huzuru öz torpaqlarımızda da, qonşularımızda da egəmən qılacağıq”.

Bu fikirlər  isə tədbirdə iştirak edən bir qup terrorçu PKK-çı tərəfindən kəskin etirazla qarşılanıb.

***

hulusi

Türkiyənin genelkurmay başqanı Hülusi Akar isə  Afrin əməliyyatı ilə bağlı bildirib ki, Türk ordusundan da bəzi yaralılar var:

“Bu anda belə bəzi yaralılarımız, qazilərimiz var. Onlara da saygılarımızı, şükranlarımızı bildirir, şəfalar diləyirəm”. 

Etikxeber.az

 

Read Previous

“20 Yanvar xalqımızın qan yaddaşıdır” – DEPUTAT

Read Next

‪Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir