Ağ Ev ABŞ-ın “İncirlik”lə bağlı Ankaranın bəyanatını cavablandırdı

ABŞ hərbçilərinin Türkiyənin İncirlik aviabazasından istifadəsinin məhdudlaşdırılması Vaşinqtonun İŞİD-lə mübarizədə Ankaraya göstərdiyi dəstəyə mənfi təsir edəcək.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

Onun sözlərinə görə, bu cür hərəkətlər “konduktora acıq vermək üçün piyada getmək” (özünə  pis etmək) el deyimini xatırladır.  Ernest bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.

O, Türkiyənin NATO-nun çox mühüm müttəfiqi olduğunu və Vaşinqtonun Ankaraya əlavə dəstək təklif etməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Veysi Kaynak bundan əvvəl rəsmi Ankaranın ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin  İncirlik hərbi bazasında yerləşməsinin məqsədəuyğunluğunu sual altına qoyduğunu bildirib.

Etikxeber.az

Read Previous

Rusiyanın seçkilərə müdaxiləsinə dair məxfi hesabat Obamaya təqdim olundu

Read Next

Bu gün Mikayıl Müşfiqin anım günüdür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir