Ağac qaz xəttinin üzərinə aşıb, 8 bina qazsız qaldı – BAKIDA – FOTO

Ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

“Azəriqaz” İstehsalat Birliyindən Etikxeber.az-a verilən məlumata görə, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb.

Nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

aqac-2

Sabunçu rayonu Ramana qəsəbəsi, Südcülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qaz teminatında fasilə yaranmasına səbəb olub.

“Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.

Etikxeber.az

Read Previous

Qar yağdı – XƏZƏRDƏ DALĞANIN HÜNDÜRLÜYÜ 7 METRƏ ÇATDI – YENİLƏNİB

Read Next

İƏT-in Somali üzrə Təmas Qrupunun nazirlər iclası başlayır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir