Ağacları kəsdi – 50 MİN MANAT CƏRİMƏLƏNDİ

Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

Etikxeber.az xəbər verir ki, bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

İ. İbrahimova deyib ki, həmin  ünvanda qəzalı vəziyyətdə olan  yataqxana binasının söküntüsü zamanı bir neçə ağac  icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib:

“Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub.”

 Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat yayılıb.
Etikxeber.az

Read Previous

Avtobus aşdı – 37 NƏFƏR XƏSARƏT ALDI

Read Next

“Azərbaycan Qarabağ, azərbaycanlı bir nəfərinə kimi qarabağlı olmalıdır” – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir