Ağahüseyin Mustafayev dünya çempionu oldu, Coşqun Əzimov gümüş medal qazandı

Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının birinci günü başa çatıb.

Etikxeber.az xəbər verir ki, ilk olaraq Azərbaycanın 4 sərbəst güləşçisi yarışlara qatılıb. Onlardan Ağahüseyin Mustafayev 65 kiloqram, Coşqun Əzimov 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kiloqramda dünya çempionu olub.

Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə uduzaraq ikinci yerə çıxıb.

Etikxeber.az

Read Previous

Hərbçilərin dünya çempionatının açılış mərasimi oldu

Read Next

Lavrovla Kerri yenidən bir araya gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir