Ağamalı və Həsənquliyevdən Qurbanova dəstək gəldi

Bu gün Azərbaycanda dəmir yolları sistemi yenidən müasir  dövrün  tələblərinə uyğun şəraitdə qurulub.
 
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisdə (MM) büdcə müzakirələri zamanı deyib.
 Onun sözlərinə görə, Azərbaycanda son ilyarımda dəmir yolu sistemində on ildə görülsəsi işlər görülüb:
“Məhz görülən  işlər nəticəsində Sumqayıta elektrik qatarı işə salınıb və bu xətt üzrə müasir  qatarlar gətirilib ,  əhalinin xidmətinə verilib. Bu da əhalinin  nəqliyyata tələbatının ödənilməsində əhəmiyyətli rol oynayıb. Bundan başq,  respublikanın dəmir yollarında ciddi işlər görülülb. Astara istiqamətində, Gürcüstan istiqamətində ciddi təmir işləri gedir.  Cənub istiqamətində dəmir yolu artq İran sərhəddinə  çatdırılıb. Bu da  ciddi əhəmiyyətə mailk bir xəttdir”.
Millət vəkili əlavə edib ki, əgər bu sahəyə  Cavid Qurbanov kimi bir bacarıqlı insan rəhbərlik edirsə, ona dəstək verməlidir.
“Qoy bu sahəni daha da inkişaf etdirsin. Baxmayaraq ki, büdcədən bu sahəyə ayrılan vəsait yetərincə deyil. Axı, 98 milyon manatla hansı işləri görmək və bu işləri müasir  dövrün tələblərinə uyğun necə qurmaq olar? Təbii ki, bu vəsatilə nəzərdə tutulan işləri görmək olmaz. Ona görə də bu sahəyə vəsait ayrılmalıdır ki,  bu istiqamətdə işlər daha da sürətlə getsin”- deyə, millət vəkili vurğulayıb.
 Millət vəkili Qüdrət  Həsənquliyev də bu təklifi dəstəkləyərək,  dəmir yolu sahəsinə maliyyə vəsaitinin artırlmasını təklif edib.
Etikxeber.az

Read Previous

“İldə yüz nəfər istedadlı gənc xaricdə reytinqli universitetlərə göndərilməlidir” – TƏKLİF

Read Next

Prezident naziri qəbul etdi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir