Ağcabədidə, Mingəçevirdə, Zərdabda və Masallıda yanğın baş verdi

Ağcabədidə və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu,Hindarx kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 76 m2 sahədə və dam örtüyü 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Mingəçevir şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Masallı rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Qasımlı kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Zərdabda yanğın hadisəsi qeydə alınıb.

Rayonun Qoruqbağı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə və dam örtüyü 12 m2 sahədə yanıb.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub

Read Next

Türkiyə ordusu Suriyada İŞİD-in 18 yaraqlısını məhv edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir