Cənnətdəki dördüncü doğum günü, 28 yaşı taman olan-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NURLAN QULİYEV…

Ağcabədi rayonunun Qaraxanlı kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nurlan Şükür oğlu Quliyevin doğum günüdür.

Bu gün Nurlan Quliyevin 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qaraxanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları və başqa şəxslər iştirak edəcəklər.

Ziyarət zamanı məzarı önünə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan veriləcək.

Etikxeber.az xəbər verir ki, Nurlan Quliyev 1995-ci ilin dekabr ayının 4-də (əslində isə noyabrın 11-də) Ağcabədi rayonunun Qaraxanlı kəndində sadə bir ailədə dünyaya gəlib.

Evin-ailənin dörd övladından, üç qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub.

Ailəsi, anası Zülfiyyə xanım axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.

Və noyabr ayının 1-də ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda adını daşıyan küçə var.

O, həm də nişanlı olub.

Atasını da illər öncə itirib.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qəbələdə 2 nəfər həbs olundu, polis xidmətdən xaric edildi-DİN MƏLUMAT YAYDI

Read Next

Orden Haqqı hələ də tanınmayan-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TELMAN ALLAHVERƏNOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir