Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.
Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Hindarx qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan taxta çay evinin dam örtüyü 20 m2 sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda Bərdə rayonu, Mirzəxan kəndində vətəndaşa məxsus “Hidromek” markalı traktorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Etikxeber.az