Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadənin Anım Günüdür.
Bu gün Məhəmmədəli Məhəmmədəlizadənin torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından üç il ötür.
Etikxeber.az xəbər verir ki, evin-ailənin tək oğlu Məhəmmədəli Məhəmmədəlizadə 1992-ci ilin aprelin 28-də Ağdamın Güllücə kəndində dünyaya gəlib.
1993-cü ilin yayında Ağdamın işğal olunması ilə əvvəlcə Bərdədə, sonra isə Ağdamın İkinci Dördyol qəbəsində məskunlaşıblar.
Orta məktəbi bitirdikdən sonra, 2010-2011-ci illərdə Azərbaycan Ordusunda xidmət edib.
Əsgərlikdən döndükdən sonra bir müddət müxtəlif sahələrdə çalışıb.
Son 5 ildə isə həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı isə ilk gündən döyüşlərdə olub və müharibənin 10-cu günündə, oktyabrın 6-dan 7-nə keçən gecə elə doğulub boya-başa çatdığı Ağdam rayonunda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 4 gün sonra, oktyabrın 11-də Quzanlı Şəhidlər Xiyabanında Əbədiyyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının başqa medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Məhəmmədəli həm də subay olub.
Ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





