Ağdamda sahələrin qəsdən yandırıldığı aşkarlandı-SÜBHƏLİ ŞƏXS SAXLANILDI, DİN MƏLUMAT YAYDI…

Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Etikxeber.az-a DİN-dən məlumat verilib.

Araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub.

materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.

İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.

Etikxeber.az

Read Previous

Bu yollarda yenə sıxlıqdır-SİYAHI

Read Next

Naxçıvan şəhərinə və Ordubada yeni icra başçısı təyin edildi-SƏDƏRƏKİN İCRA BAŞÇISI İSƏ CULFAYA GÖNDƏRİLDİ… – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir