Ağdamlı 3 Şəhid qardaşdan biri, 4 övlad atası Xəqani Aslanov: BU GÜN ONUN CƏNNƏTDƏKİ 30-CU DOĞUM GÜNÜDÜR, 67 YAŞI TAMAM OLUR…

Bu gün Azərbaycanın, Qəhrəman Ağdamın Birinci Qarabağ Savaşı Şəhidlərindən-3 Şəhid qardaşdan biri olan Xəqani Aslanovun növbəti doğum günü-mövlududur.

Xəqani Aslanovun bu gün 67 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki 30-cu ad günüdür.

Etikxeber.az-ın xəbərinə görə, Şəhid qardaşlardan biri-Xəqani Aslanov 1955-ci ilin avqustun 18-də Ağdamın Şelli kəndində, sadə bir ailədə dünyaya gəlib.

O, Qarabağ Savaşına, Vətənin müdafiəsinə könüllü qoşulan Vətən sevdalılarından biri olub.

Və 1992-c ilin 26 fevral tarixində soyqırımına məruz qalan Xocalıda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi (bədənin yarı hissəsi) doğulub boya-başa çatdığı Şelli kəndində torpağa tapşırılıb.

Şəhidimizin digər iki qardaşı Hasil  Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda, Ağdam işğal olunduğu gün Şəhid olublar.

Hər iki qardaşın nəşi Ağdam işğal edildiyi üçün Ağcabədi rayonunda torpağa tapşırılıb.

Şəhid Xəqani Aslanov ailəli, övlad, 4 oğlan atası olub.

Övladları Sadiq, Cəsarət, Müsəvi və Rahim hazırda Bakının Binə kəndində yaşayırlar.

***

Şəhidin Cənnətdəki 30-cu doğum günü, 67 yaşının tamam olması ilə bağlı bu gün Binə Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, ruhuna dualar edilib.

Tədbirdə eyni zamanda, çıxışlar edilib, Şəhid qardaşlardan Xəqani Aslanovun mənalı, şərəfli ömür və döyüş yolundan bəhs olunub.

Ailəsinə bir daha səbr, dözüm arzulanıb, bir daha Cənnətdəki 30-cü doğum günü, 67 yaşı təbrik olunub.

Məkanı cənnətlik, Cənnətdəki doğum günü, 67 yaşı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

30 yaşı tamam olan Şəhid Saleh Əliyevin Cənnətdəki ikinci doğum günündə-ZABİRLƏR EVİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLDİ, MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ, ANASINA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir