Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi, bir qız övladı Vətənə əmanət qalan Xalid Hassanın Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, VƏTƏN NAMİNƏ FƏDAKARLIĞINDAN SÖZ AÇILIDI, ANIM MƏCLİSİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi Xalid Hassanın Anım Günüdür.

Xalid Hassanın bu gün-7 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı, ata tərəfdən milliyyətcə ərəb olan Xalid Mahmud oğlu Hassan 1995-ci ilin yanvar ayının 26-da dünyaya gəlib.

 Ailədə iki iki övlad, iki qardaş olublar.

Kollec təhsilli tək qardaşı hazırda subaydır.

Xalid Hassan orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra işləyib, çalışıb.

İkinci Vətən Müharibəsində isə könüllü iştirak edib.

25 yaşında, müharibənin sonlarına yaxın Şəhidlik məqamına ucalan Xalid Hassanın nəşi 7 noyabr tarixində Ağdam-Quzanlı qəsəbə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ailəsi isə Xalid Hassanın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Xalid Hassan həm də ailəli olub.

Bir övladı, Məryəm adlı qızı Vətənə əmanət qalıb.

***

Anım Günü ilə bağlı bu gün Şəhidin Quzanlı qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

 Ruhuna dualar edilib, “Quran” oxunub.

Çıxışlar olunub.

Xalid Hassanın Vətənpərvərliyindən Vətən naminə fədakarlığından söz açılıb.

Ailəsinə-anası Maya xanımAllahdan səbr və dözüm arzulanıb.

Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra Şəhidlər Xiyabanında yerləşən Şəhidlər (mərasim) evində məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Ağdamlı Şəhid ailələri, Ağdam və Bərdəli Qazilər, yerli ziyalılar, din xadimləri, məktəblillər, Ağdam rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Ruhu şad olsun!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Anım və doğum günləri olan Şəhidlərimiz-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADİL İBRAHİMLİ, BİR ÖVLAD ATASI XALİD HASSAN, İKİ QARDAŞDAN BİRİ, SUBAY HÜSEYN NƏSİBOV, EVİN TƏK VƏ AİLƏLİ OĞLU ELMAN BABAXANOV, NƏŞİ 24 GÜN SONRA TAPILAN NİZAMİ OSMANOV… – YENİLƏNİB – (9)

Read Next

İlham Əliyev və Mehriban Əliyevadan-ZƏFƏR GÜNÜ İLƏ BAĞLI PAYLAŞIMLAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir