Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərinə həsr olunmuş daha bir kitabın təqdimatı olub.
Bu dəfə Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidləri ilə bağlı kitabın təqdimatı baş tutub.
“Vətən Müharibəsinin Ağdam Şəhidləri” adlı kitabın müəllifi isə Ağdam rayon Üçoğlan kənd sakini İlqar Boranoğludur.
Etikxeber.az xəbər verir ki, təqdimat Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində düzənlənib.
Təqdimat türkoloq Vasif Qurbanzadənin aparıcılığı ilə baş tutub.
Təqdimatda Ağdamlı və digər bölgələrdən olan Şəhid ailələri, Ağdam rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, yerli ziyalılar, Qazilər və digər şəxslər iştirak ediblər.
Təqdimat mərasimindən öncə Şəhid ailələrinin hər birinə “Vətən Müharibəsinin Ağdam Şəhidləri” kitabı təqdim olunub.
Təqdimat mərasimində isə ilk əvvəl Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib, kitabın ərsəyə gəlməsi-gətirilməsi səbəblərindən danışılıb.
Çıxışlarda kitabın müəllifinə minnətdarlıq ifadə olunub, eyni zamanda, İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Şəhidlərimizin, o cümlədən Ağdamlı Şəhidlərin Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Mərasim iki saata yaxın davam edib.
13:50
***
FOTOLAR:


























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





