Ağdaşda iki avtomobil toqquşdu: bir nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Etikxeber.az-ın  APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb. Rayonun Qaraoğlan kənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Tural Xaləddin oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə qarşı tərəfdən gələn Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlunun idarə etdiyi “Hyundai-Sonata” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı “VAZ 2107”nin sürücüsü Turan Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun sərnişinləri, Qaraoğlan kənd sakinləri – 2003-cü il təvəllüdlü Behdubov Elgün Əlövsət oğlu, 2001-ci il təvəllüdlü Məmmədov Elsevər Fəxrəddin oğlu, 1997-ci il təvəllüdlü Bayramov Şükür Zərdabi oğlu, 2000-ci il təvəllüdlü Bayramov Sübhan Əziz oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Valeh Veysəl oğlu, Qəbələ rayon sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Xaricdən, ağalarından komanda gəlir ki, “belə et!”…” – RAFAEL HÜSEYNOV

Read Next

Duda: “Biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir