Ağır atletlərimiz II Beynəlxalq Fəcr Kubokunda iştirak edəcək

Martın 9-da İranın Əhvaz şəhərində ağır atletika üzrə II Beynəlxalq Fəcr Kuboku keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Etikxeber.az-a bildiriblər ki, nüfuzlu yarışda ölkəmizin ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyəti artıq müəyyənləşib. Heyətə Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) daxil ediliblər.

Etikxeber.az

Read Previous

Beynəlxalq Muğam Mərkəzində “Bayatı-Şiraz” muğam dəstgahı səslənəcək

Read Next

Prezident İslam Həmrəyliyi Oyunlarının təşkili ilə əlaqədar sərəncam imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir