İran ağır sanksiyalar altında qalaraq, heç zaman ABŞ ilə danışıqlar aparmayacaq.
Etikxeber.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorda keçirilən 74-cü sessiyasında çıxışı zamanı deyib.
“Dövlətin və xalqın adından bəyan edirəm ki, İran istənilən danışıqlar təklifinə rədd cavabı verəcək”-deyən Ruhani qeyd edib ki, İran dövləti onun xalqını aclığa, səfalətə məcbur edən düşmən dövlətlə heç vaxt bir masa arxasında oturmaz.
Prezident ABŞ-a çağırış edərək bildirib:
“Sanksiyaları aradan qaldırın və danışıqlara yol açın”.
Etikxeber.az